Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xbr.az-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlərinə əsasən Laçın Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Adil Əliyev Laçın rayonuna, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonuna komendant təyin olunublar.
Şöbələrin şəxsi heyəti müvafiq rayon sakinlərinin sıx məskunlaşdıqları bölgələrdə fəaliyyətlərini davam etdirməklə yanaşı, işğaldan azad olunan rayonlarda xidmətə cəlb ediliblər.
İşğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana uyğun olaraq, Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.